ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) UFO tədqiqat qrupunun nəticələrini müzakirə etmək üçün bu gün mətbuat konfransı keçirməyi planlaşdırır.
Ednews ntv-yə istinadən xəbər verir ki, Meksika Konqresində sərgilənən yadplanetlilərə aid olduğu iddia edilən iki fosil dünyanın gündəmini zəbt edib.
Məsələ uzun müddət idi ki, ictimaiyyətin diqqətini cəlb edirdi.
ABŞ-da "UFO" əvəzinə "naməlum anormal fenomen" (UAP) termini istifadə olunmağa başladı.
Meksika Konqresində keçirilən iclasda jurnalist və ufoloq Jamia Maussanın yadplanetlilərə aid olduğunu iddia etdiyi fosillərdən ibarət sərgisi dünya gündəminə düşüb.
Maussan yadplanetlilərə aid olduğunu iddia etdiyi iki fosili Perunun Cusco şəhərində bir şüşə tabutda sərgilədi.
Oğuz