BMT-nin baş katibi Antonio Quterreş ölkələri Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiya rejiminə əməl etməyə çağırıb - bu, Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıq vəziyyətinə də aiddir.
Ednews-un RİA Novosti-yə istinadən verdiyi məlumata görə , mətbuat konfransında baş katibdən Şimali Koreya lideri Kim Çen Inın Rusiya Federasiyasına səfərini şərh etməsi xahiş olunub.
"Hər hansı ölkə ilə KXDR arasında istənilən əməkdaşlıq forması sanksiyalar rejiminə uyğun olmalıdır və bu, sizin qeyd etdiyiniz işə də aiddir", - Quterreş bildirib.
Oguz