Avropanın ən çox satılan texnologiya markalarından biri olan Xiaomi-yə gözlənilməz qadağa gəlib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Finlandiyanın üç böyük GSM operatoru Xiaomi smartfonlarının satışını dayandırdıqlarını açıqlayıb.
Finlandiyanın üç böyük mobil operator şirkəti Xiaomi-ni boykot etməyə başlayıb. Səbəb kimi Ukraynanın işğalı zamanı Rusiyaya satmaqda davam etməsi göstərilib.
Finlandiyanın üç ən böyük operatoru Telia, DNA və Elisa , Xiaomi-nin Avropanın strateji qərarlarına əməl etmədiyini düşünür. Bu şirkətlər artıq öz mağazalarında yeni Xiaomi cihazlarını satmayacaqlar. Cari ehtiyatlar tükəndikdən sonra Xiaomi telefonları yenilənməyəcək.
Məsələ ilə bağlı açıqlama verən DNA CEO-su Sami Aavikko Xiaomi-nin Rusiyaya münasibətindən məmnun olmadıqlarını bildirib. Digər şirkət Elisa satışa təqdim etdiyi Xiaomi məhsullarının çeşidini daraldacaq.
Finlandiya hökuməti tərəfindən rəsmi qadağa olmadığı üçün şirkətin ölkədəki fəaliyyəti davam edəcək.
Məsələ ilə bağlı açıqlama verən iki pərakəndə şirkət, AB səviyyəsində qadağa olmadığı üçün Xiaomi telefonlarını "hələlik" satmağa davam edəcəklərini bildirdi. Xatırladaq ki, GSM operatorlarının qadağasından sonra Xiaomi-dən hələlik rəsmi açıqlama yoxdur.
Xəyal Ramiz