“Almaniya iqtisadiyyatı zəifləyir. Almaniya kansleri Olaf Şolz Almaniya iqtisadiyyatının dövri zəifliklə üzləşdiyini bildirib.
Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Almaniya iqtisadiyyatındakı tsiklik zəifliyi struktur problemi kimi qəbul etmək olmaz.
Wirtschaftswoche-yə danışan Scholz, iqtisadiyyatdakı yavaşlamanın səbəbi ixrac bazarlarının zəifləməsi ilə əlaqələndirir.
"Bu dövri zəiflikdən bir şeyin kökündən yanlış olduğu qənaətinə gəlmək ciddi səhv olardı" deyə kansler Olaf bildirib.
Almaniyanın bir neçə başqa ölkə kimi qloballaşmadan faydalandığını və ölkənin ixrac yönümünün şübhə altına alınmaması lazım olduğunu bildirən Scholz sonda vurğulayıb : "Almaniya böyük şirkətlərin və bir çox kiçik və orta müəssisənin bənzərsiz qarşılıqlı əlaqəsi ilə iqtisadi cəhətdən güclüdür. Almaniya dünya bazarında liderdir və belə də qalacaq”
Xəyal Ramiz