İran lideri Ayətullah Əli Xamenei Məhəmməd peyğəmbərin və Cəfərilik təriqətinin öncüsü Cəfər-i Sadiqin mövlud günləri münasibətilə yüzlərlə məhbusu əfv edib, onlardan yüzlərlə məhbusun cəzasını yüngülləşdirib.
Ednews ntv-yə istinadən xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, İran lideri Xamenei Ədliyyə Başçısı Qulam Hüseyn Möhsini Ejeinin cəzaların yüngülləşdirilməsi və lazımi şərtlərə cavab verən 2284 məhbusun əfv edilməsi təklifini qəbul edib.
Bu çərçivədə cəmi 2 min 284 məhbusdan 1017-si azad edilərək sənədləri bağlanıb, 1267 nəfərin cəzası azaldılıb.
Bildirilib ki, amnistiyaya daxil olanlardan 52 nəfəri edam cəzasına məhkum edilmiş şəxslərdir və bu cəzalar həbs cəzasına çevrilib.
Oguz