Qazaxıstanda koronavirusun (COVİD-19) yeni “Eris” ştammı aşkarlanıb.
Ednews xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, virus üzərində aparılan son genetik araşdırmalar “Eris” variantının Qazaxıstana gəldiyini təsdiq edib. Bu virusa yoluxan şəxslər yüngül və ya orta formada xəstəlik keçirir.