Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 18-19-da Şimali Koreyaya səfər edəcək.
Ednews xarici mediaya istinadən xəbər verir ki, səfər Şimali Koreya Xarici İşlər Nazirliyinin dəvəti əsasında həyata keçirilir. Bundan əvvəl Moskva Lavrovun "ikitərəfli münasibətlərin geniş spektri məsələlərini və Koreya yarımadasının problemlərini", habelə ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıqla bağlı mövzuları müzakirə edəcəyini bildirib.
Şimali Koreya lideri Kim Çen In sentyabrda Rusiyaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. İki ölkə ikitərəfli münasibətləri inkişaf etdirmək barədə razılığa gəlsələr də, Ukraynadakı müharibədə Rusiyaya kömək edəcək silah müqaviləsi elan etmədilər.
Ülviyyə Şahin