Rusiyanın xarici işlər naziri Sergey Lavrov bazar ertəsi Pekində çinli həmkarı Vanq Yi ilə ikitərəfli əməkdaşlığı gücləndirmək və mövcud geosiyasi vəziyyəti müzakirə etmək üçün görüşüb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, rəsmilər iki ölkənin ikitərəfli münasibətlərini daha da inkişaf etdirməsi və Birləşmiş Millətlər Təşkilatı, G20, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) kimi beynəlxalq təşkilatlarda daha sıx əməkdaşlıq etmələrinin vacibliyini vurğulayıblar.
Çin dövlət mediasının məlumatına görə, nazirlər həmçinin İsrail-Fələstin münaqişəsinin son gərginliyini müzakirə ediblər və Vanq vurğulayıb ki, iki dövlətli həll Yaxın Şərqin bu regionunda davamlı sülhə nail olmaq üçün ən yaxşı yanaşma olacaq. Bundan əlavə, hər iki tərəf Ukrayna böhranına toxunaraq, Moskva ilə Kiyev arasındakı münaqişənin siyasi və diplomatik yollarla həll edilməli olduğunu vurğulayıb.
Ülviyyə Şahin