Fransa prezidenti Emmanuel Makron ölkəsinin İsraillə həmrəy olduğunu bildirib və onun "terrorla mübarizədə tək qalmayacağına" dair öz təkidini də irəli sürüb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, İsrail prezidenti İsaak Hersoqla birgə mətbuat konfransı zamanı Makron Fransanın “sülh və sabitlik üçün bu gün, sabah və o biri gün burada olacağını” vurğulayıb və hazırda əsas məqsədin bütün həbs olunanların azad edilməsini təmin etmək olduğunu vurğulayıb. Həbs olunanlar isə Həmas tərəfindən girov götürülüb.
Fransa prezidenti Tel-Əvivdə İsrail rəsmiləri ilə görüşlərindən sonra Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşmək üçün Ramallaha gedəcək.
Ülviyyə Şahin