Çox yaxında Kanada Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasına qoşulmaq üçün bu ölkəyə iki müşahidəçi göndərəcək.
Ednews "Armenpress"ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.
Ovannisyan qeyd edib ki, Ermənistana səfəri zamanı Kanada XİN başçısı humanitar yardım məsələlərinə də toxunub. Onun sözlərinə görə, Kanada Ermənistana yardımını üç dəfə artırıb.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 26-da İstisuya (Cermuk) səfər edib. O, Aİ-nin Ermənistandakı mülki müşahidə missiyasının üzvləri ilə görüşüb.