Son aylarda İsveçdə Qurani-Kərimi yandıraraq təxribatlar törədən iraqlı Salvan Momikanın yaşayış vizasının müddəti bitdikdən sonra deportasiya edilməsinə qərar verilib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, immiqrasiya İdarəsinin mətbuat katibi Jesper Tengroth, TV4 kanalına verdiyi açıqlamada, Momikanın 16 aprel 2024-cü ilə qədər işləmək və yaşamaq icazəsinin olduğunu söyləyib.
Tenqrot bildirib ki, bu tarixdən sonra yaşayış və iş icazəsi verilməyəcək və Momika deportasiya ediləcək.
Momikanın yalan ifadəsi səbəbiylə bu qərarı aldıqlarını ifadə edən Tenqrot, "Biz bu şəxsin yaşamaq və iş icazəsi üçün viza müraciətində yalan ifadələr olduğunu aşkar etdik və bu səbəbdən onu deportasiya etməyə qərar verdik".
Momika sonuncu dəfə oktyabrın 21-də Stokholmun mərkəzində Quran və Fələstin bayrağını yandıraraq İsrailə dəstək aksiyası keçirib.
Oğuz