Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 36-ya çatıb.
Ednews xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, 10 şaxtaçının axtarışları davam edir.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 35 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.
***
saat 07.59
Qazaxıstanın Karaqanda vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış və yanğın nəticəsində həlak olanların sayı 35-ə çatıb.
APA xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u şaxtadan çıxarılıb, 11 şaxtaçının axtarışları davam edir”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bundan əvvəl 33 nəfərin öldüyü bildirilmişdi.
Faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.