Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 45-ə çatıb.
Ednews xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.
Bildirilib ki, bir şaxtaçının axtarışları aparılır.
Bundan əvvəl şaxtada partlayış və yanğın nəticəsində 42 nəfərin öldüyü deyilirdi.
Qeyd edək ki, faciə ilə əlaqədar oktyabrın 29-u Qazaxıstanda milli matəm günü elan olunub.