İsrailin baş naziri Benyamin Netanyahu Qəzza qaçqınlarını Misirdə yerləşdirmək istəyir.
Ednews Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Netanyahu keçən həftə bir sıra Avropa rəsmiləri ilə görüşlər keçirib.
Görüş zamanı Netanyahu Qəzza qaçqınlarını Misirdə yerləşdirmək üçün Avropadan bununla bağlı ölkəyə təzyiq göstərilməsini tələb edib.
Qeyd edək ki, bu təklif Misirin Prezidenti Abdel Fattah El Sisi, BMT də Fələstinin daimi nümayəndəsi həmçinin Həmasın rəhbərliyi tərəfindən dəfələrcə rədd edilib.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis