“İsrail - Fələstin müharibəsi 1973-cü il müharibəsindən daha təhlükəlidir”
Ednews ABŞ mediasına istinadən xəbər verir ki, bunu ABŞ-ın “National Interest” jurnalı bu gün yaydığı araşdırma da bildirib.
“İsrail hökumətinin rəhbəri Netanyahu icrə etdiyi işlər və HƏMAS-ın hərbi və siyasi uğurları bunu aydın şəkildə göstərir", deyə araşdırmada yazılıb.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis