ABŞ-ın keçmiş prezidenti Barak Obama Qəzzada baş verənlərlə bağlı “Heç kimin əli təmiz deyil” açıqlamasında deyib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, HƏMAS-ı qınayan Obama, "İşğal reallıqdır və fələstinlilərin başına gələnlər bağışlanmazdır" deyə qeyd edib.
Obama Qəzza zolağında baş verənləri davamlı sülhün əldə edilməməsi ilə əlaqələndirib və İsrailin təhlükəsizlik hüququnu əldə etməsi və bölgədə müstəqil Fələstin dövlətinin yaradılması ilə sülhün gələcəyini müdafiə edib. Bölgədəki mülki itkilərlə bağlı Obama, “Dağıntılar altından çıxarılan cəsədlər hamımızı mənəvi hesaba çəkməyə məcbur edir” deyib.
Oğuz