Fransa 2013-cü ildə kimyəvi hücumlardan istifadə etməkdə ittiham olunan Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq "order" (əmr,qərar) verib.
Ednews xəbər verir ki, Ədliyyə Nazirliyinin France-Presse agentliyinə verdiyi məlumata görə, Əsəd 2013-cü ilin avqustunda Dəməşq yaxınlığında 1400-dən çox insanın ölümünə səbəb olan və müxalifət rejimin günahlandırdığı hücumlara görə də hərbi cinayətlərdə iştirakda şübhəli bilinir.
Qeyd edək ki, Əsədin qardaşı, Suriya elit hərbi hissəsinin faktiki rəisi Maher və silahlı qüvvələrin iki generalının həbsi üçün beynəlxalq orderlər də verilib. Fransa iddia edilən hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üçün dünya miqyasında yurisdiksiya iddiasındadır.
Əkbər