Hindistan Ermənistana qumbara tədarük edəcək.
Ednews xəbər verir ki, bu barədə “IADN” portalı məlumat yayıb.
Məlumata əsasən, Hindistanın “Munitions India Limited” (MIL ) şirkəti Ermənistana 30 mm və 40 mm kalibrli 150 min qumbara tədarük edəcək.
Bildirilib ki, 2 ay əvvəl həmin şirkət Ermənistana 5 milyon 7,62 mm çaplı patron verib.