Həştərxanda beşmərtəbəli yaşayış binasının uçması nəticəsində bir qadın ölüb, bir neçə nəfər uçqun altında qalıb.
Ednews xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin məlumat yayıb.
Babuşkin qeyd edib ki, binadan 37-si uşaq olmaqla 213 nəfər təxliyə edilib.
İlkin məlumata görə, 1 nəfər ölüb (1939-cu il təvəllüdlü qadın), bir neçə nəfər itkin düşmüş hesab olunur.