Qazaxıstanda dövlət qurumlarına məxsus bir sıra saytların fəaliyyəti dayanıb.
Ednews xəbər verir ki, bu barədə “Kazinform” məlumat yayıb.
Mənbə Qazaxıstan Prezident ofisinə məxsus "Akorda" internet saytının işlədiyini yazıb.
Qazaxıstan Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti saytların bərpası istiqamətində işlərin aparıldığını bildirib:
“Hazırda dövlət orqanlarının “Gov.kz” İnternet Resurslarının Vahid Platformasının düzgün işləməməsi müşahidə olunur. Bərpa işləri aparılır və platforma yaxın vaxtlarda işə düşəcək”.