Fransanın paytaxtı Parisdə bıçaqlı hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ednews xəbər verir ki, bu barədə Fransa mətbuatında xəbər verilib.
Məlumata görə, Parisdə “Hakeim” metro dayanacağı yaxınlığında bir nəfər bıçaqla yoldan keçənlərə hücum edib. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Polis tərəfindən saxlanılan 1997-ci il təvəllüdlü hücumçunun fransız olduğu bildirilib. Təcavüzkarın kəşfiyyat qeydlərində radikal meylli biri kimi göstərildiyi də bildirilir.
Paris prokurorluğu hadisə ilə bağlı "qətl" və "qəsdən adam öldürməyə cəhd" maddələri ilə istintaqa başlayıb.