Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın Ermənistanı silahlandırmasına münasibət bildirib.
Ednews xəbər verir ki, Türkiyə dövlət başçısı Yunanıstandan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib ki, Fransa bu addımları ilə Ermənistana yaxşılıq etmir, əksinə pislik edir.
“Daha əvvəl Fransa olaraq Ermənistana çox dəstək verdilər. Hansı nəticəni əldə etdilər? Heç nə. Fransa Minsk Qrupunun həmsədridir. İş bitdi, nəticə ala bilmədi, vəziyyət beləykən təkrar Ermənistanı təhrik edir. Zirehli texnikaları göndərsən nə olacaq? Buradan nəticə ala bilməzsən”, - Ərdoğan qeyd edib.