1661-ci ildə metal və kağız pulları dövriyyəyə buraxan ilk ölkə olan İsveç indi rəqəmsal ödəniş sisteminə keçərək nağd pulu tamamilə ləğv etməyə hazırlaşır.
Ednews haber7-ə istinadən xəbər verir ki, İsveç pağd pulların ləğvi ilə oğurluq, soyğunçuluq və çirkli pulların yuyulması kimi hadisələrə son qoyulmasını planlaşdırır.
1980-ci illərin sonlarında İsveçdə demək olar ki, hər küncdə bir bank şöbəsi var idi. Sonrakı illərdə bank filialları qəsdən bir-bir ixtisar edildi. Təxminən 400 min əhalisi olan Malmödə bu gün cəmi dörd-beş bank şöbəsi qalıb. Onlar nağd ödənişlərdən başqa əməliyyatları həyata keçirən bankların mərkəzi filiallarıdır
Nağdsız pul praktikası bütün ölkədə geniş vüsət alır. Böyük ticarət mərkəzləri debet kartlarından istifadəni tələb edir.
Xüsusilə gənc nəsillər artıq İsveç pullarının rənglərini və formalarını unutmağa başlayıblar. 2006-cı ildən İsveçdə ictimai nəqliyyatda nağd puldan istifadə edilmir. Sərnişinlər biletləri müəyyən satış məntəqələrindən və ya mobil telefonları vasitəsilə ala bilərlər. Bir çox yanacaqdoldurma məntəqələri, banklar və mağazalar yalnız debet kartı ilə alış-veriş təklif edir. Müəssisələrin görünən yerlərində “Bu işdə nağd ödəniş qəbul edilmir” elanları asılır. Metal və kağız pulların istifadəsinin sona çatması ilə İsveçdə pul artıq internetdə bir kliklə çatacaq.
Xəyal Ramiz