İki İsrailli nazir ABŞ prezidenti Co Baydenin “İsrail Qəzzada ayrıseçkilik etmədən bombardmanlarına görə dünya dəstəyini itirməyə başlayıb” açıqlamasını tənqid edib. Təl-Əviv onların bəyanatlarına cavab olaraq ilk rəsmi şərhində “Fələstin dövlətinin qurulmasına heç vaxt icazə verməyəcəklərini” bildirib.
Ednews TRT Haber-ə istinadən xəbər verir ki, nazir Şlomo Karhi, X hesabında etdiyi paylaşımda, İsrail Dövlətinin keçdiyi ən çətin dövrdə, ABŞ prezidenti Baydenin əlindən gələni etdiyini, buna hörmət etdiklərini və bunun əsl dostluq olduğunu söyləyib.
Nazir Karhi belə davam etdi:
“Ancaq biz burada yaşayırıq və bu bizim ölkəmizdir. Əcdadlarımızın tarixi irsi burada, Fələstin dövlətinin mövcudluğuna icazə verməyəcəyik. Biz çayla dəniz arasında başqa dövlətin yaranmasına heç vaxt icazə verməyəcəyik”.
Oguz