"Kənd təsərrüfatı nazirindən soruşdum ki, yumurtalarla bağlı vəziyyət necədir? O, hər şeyin qaydasında olduğunu dedi".
Ednews xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.
"Mən özüm də səhər tezdən təxminən 10 yumurtanın qayğanağını yeyirəm", - Rusiya Federasiyasının Prezidenti bildirib.
Putin toyuq yumurtasının bahalaşmasına görə üzr istəyib və bunu hökumətin işində nöqsan adlandırıb.