ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) “Maven” missiyası günəş küləyi kimi tanınan Günəşdən yayılan yüklü hissəciklər axınının qəfil yoxa çıxmasını müşahidə edib.
Ednews xəbər verir ki, kosmosda boşluq yaradan bu son dərəcə nadir hadisə Mars atmosferinin inanılmaz formada genişlənməsinə səbəb olub.
NASA-nın müşahidəsinə görə, günəş küləyinin təzyiqi olmadan Marsın atmosferi və maqnitosferi minlərlə kilometr genişlənib.
Əvvəlki araşdırmalar göstərir ki, Mars da Günəş sistemindəki digər planetlər kimi daim Günəşdən gələn və maqnitosferə təzyiq göstərən yüklü hissəciklərlə əhatə olunub.
Oğuz