İtaliyada koalisiya hökumətinin əsas tərəfdaşı olan ifrat sağçı İtaliya Qardaşları (FdI) Partiyasının təşkil etdiyi siyasi tədbirdə Böyük Britaniyanın baş naziri Rişi Sunak, Albaniyanın baş naziri Edi Rama və milyarder sahibkar İlon Mask da iştirak ediblər.
Ednews cumhuriyyet nəşrinə istinadən xəbər verir ki, Baş nazir Giorgia Meloni başçılıq etdiyi partiyanın “Atreyu” adlı ənənəvi tədbiri bu il “Xoş gəlmisiniz, İtalyan qüruru” şüarı ilə təşkil olunub.
Tədbir, Avropa Birliyinə immiqrasiyadan tut, İtaliya mətbəxinin qorunmasına qədər bir sıra mövzularda görüşlərlə partiyanın manifestinə xidmət edir.
“Min zəng qülləsi, iyirmi rayon, bir millət”, “Köç, sərhədlərin müdafiəsi”, “Millət ürəyi: Ailəyə yeni bahar” kimi başlıqlarla toplantılar, çıxışlar keçirilib.
Mask, “Mən qanuni immiqrasiya tərəfdarıyam” deyərək, “Çox işləmək istəyən, namuslu, ölkəyə və iqtisadiyyata töhfə verəcək, inteqrasiyaya açıq olan” insanların mühacir olaraq qəbul edilməsi lazım olduğunu müdafiə etdi. O, qeyri-qanuni immiqrasiya ilə bağlı heç bir filtrin olmadığını və ölkəyə kimin daxil olduğunu müəyyənləşdirməyin mümkün olmadığını bildirib və “Biz qeyri-qanuni immiqrasiyaya son qoymalıyıq” deyib.
Xəyal Ramiz