İtaliya əhalisinin sayında azalma tendensiyası davam edir və daimi əhalinin 2023-ci ildə 58 milyon 997 min 201 nəfər olduğu bildirilir. Əhali əvvəlki illə müqayisədə 7 min nəfər azalıb.
Ednews İtaliya Milli Statistika İnstitutundan (ISTAT) verilən yazılı açıqlamaya istinadən xəbər verir ki, İtaliya əhalisinin azalması 2022-ci ildə də davam edib.
Hazırda ümumi əhalinin 51,2 faizini qadınlar, 48,8 faizini isə kişilər təşkil edir.
2022-ci ildə ölkədə 393 min doğuş qeydə alınıb.
İtaliyada yaşayan qeydiyyatdan keçmiş əcnəbilərin sayı 5 milyon 141 min 341 nəfərə çatarkən, ölkədə yaşayan əcnəbi əhalinin sayı 2021-ci ilə nisbətən 2,2 faiz artıb. Xarici əhalidə müsbət dinamika nəticəsində azalma məhdud olsa da, əhali qocalıb və azalıb.
Xəyal Ramiz