Argentinanın prezidenti Xavier Miley yerli mediaya verdiyi açıqlamasında bildirib ki, İlon Maskın ölkənin litium mədənlərində marağı var.
Ednews The Telegraph-a istinadən xəbər verir ki, prezident xarici bizneslərin siyasi risklər və mənimsəmə halları səbəbindən Argentinaya sərmayə qoyularaq ölkənin xammal resurslarından sui-istifadə edilməsindən narahatlığını bildirib.
Xəbərə görə, İlon Mask özünün Teslan şirkəti üçün litium ehtiyyatlarına ehtiyac duyur və bu Argentinanın zəngin olduğu xammaldır.
Onun sözlərinə görə, Mask potensial investorlar üçün mülkiyyət hüquqlarının qorunmasını təmin edən təhlükəsiz hüququnu poza bilər.
Boliviya, Çili və Argentina litium yataqlarına görə dünyanın ilk sıralarında gəlir.
Fərid