Rusiya Ukrayna müharibəsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan sonra neftinin 45-50 faizini Çinə, 40 faizini isə Hindistana satdığını açıqlayıb.
Ednews euronews-a istinadən xəbər verir ki, Rusiya baş nazirinin energetika üzrə müavini Aleksandr Novak ölkəsinin neft ixracatını demək olar ki, tamamilə Çin və Hindistana yönəltdiyini və gəlirlərin 2021-ci illə müqayisə oluna biləcək səviyyədə olduğunu açıqlayıb. Novakın sözlərinə görə, Ukraynaya təcavüzü və xüsusilə də karbohidrogen ehtiyatlarına görə Qərbin çoxsaylı sanksiyalarının hədəfinə çevrilən Rusiya hazırda neftinin 45-50 faizini Çinə, 40 faizini isə Hindistana satır. Novak Rusiyanın “Rossia 24” telekanalına müsahibəsində deyib: “O, Avropaya neft və neft məhsullarının ümumi ixracının 40-45 faizini təmin etsə də, ilin sonuna qədər bu rəqəmin 4-5 faizə düşəcəyini gözləyirik”.Rusiya mart ayında xam neftinin 91 faizini Çin və Hindistana ixrac edib.
Novak xüsusilə Rusiya neftinin satış qiymətində tavan tələb edən Qərbin tətbiq etdiyi məhdudiyyətlərə baxmayaraq, “Rusiya enerji və neft kompleksinin 2023-cü ildə uğurlu inkişafını” alqışlayıb. Noyabrın sonunda Rusiya digər OPEC+ ölkələri (Neft İxrac Edən Ölkələr Təşkilatı və onun müttəfiqləri), o cümlədən Səudiyyə Ərəbistanı ilə birlikdə qiymətləri artırmaq üçün neft hasilatını azaltmaq qərarına gəlib.
Xəyal Ramiz