Ukrayna prezidenti Vladimir Zelenskinin təklif etdiyi “sülh formulası” “xəstə təxəyyülün məhsuludur”.
Ednews xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov RİA Novosti və “Rossiya 24” telekanalına müsahibəsində deyib.
O, on gün əvvəl bu sülh planı ilə bağlı Qərb dövlətlərinin və bəzi qlobal Cənub ölkələrinin iştirakı ilə toplantı keçirildiyini qeyd edərək, əlavə edib ki, “bəzi [ölkələr] dəvətdən imtina edib, lakin o, tam məxfi şəraitdə keçirilib. Bu barədə heç bir yerdə məlumat verilmədi, heç bir sızmaya icazə verilmədi”.
Eyni zamanda, Lavrov yaxın müttəfiq ölkələrin Moskvaya "Rusiya ilə bağlı olan məsələ ilə bağlı" bu müzakirələrdən gələn heç bir sirri saxlamayacağına söz verib.
Əkbər