Bildirilib ki, 10 min nəfərlik yeni mühacir karvanı ABŞ-a gəlmək üçün Meksikadan yola düşüb.
Ednews ntv.com – a istinadən xəbər verir ki, 24 müxtəlif ölkədən olan insanlardan ibarət qrupa 14 yaşa qədər 3 mindən çox uşaq və hamilə qadınlar daxildir.
Meksika mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Çiapas əyalətinin Tapaçula şəhərindən yürüş edən minlərlə mühacir bir şəkildə ABŞ-a çatmaq istəyir. İnsan Ləyaqəti Mərkəzinin (CDH) direktoru Luis Rey Qarsia Villaqran verdiyi açıqlamada, hazırda təxminən 10 min immiqrantın yola düşdüyünü, lakin bu rəqəmin 15 minə qədər arta biləcəyini söylədi. Mühacirlərin milliyyətinin 24 fərqli ölkədən ibarət olduğunu bildirən Villaqran qruplar arasında 3 mindən çox 14 yaşından kiçik uşaq və hamilə qadınların olduğunu qeyd edib.
Bu ilin ən böyük mühacir axınının yaşandığını xatırladan Villaqran, ABŞ-a bu qədər böyük kütlənin gəlməsinin ciddi çətinliklərlə nəticələnəcəyini bildirib.
Xəyal Ramiz