Çin son vaxtlar nüvə proqramı, idarə olunan raket sınaqları və casus peyk buraxılışları ilə Koreya yarımadasında gərginliyi artırmaq üçün addımlar atan Şimali Koreya ilə yaxınlaşma əlamətləri göstərir.
Ednews Xinhua-a xəbərinə istinadən xəbərverirki,çinli Prezident Xi Jinping və Şimali Koreya lideri Kim Çen In yeni il təbrikində 2024-cü ili iki ölkə arasında “dostluq ili” elan etdiklərini açıqlayıb.
Mesajında Xi qeyd edib ki, Çin və Şimal arasında iki ölkənin keçmiş liderləri və partiyaların təşəbbüsü ilə yaranan ənənəvi dostluq "inqilabi mübarizədə möhkəmlənib" və "sosializm quruculuğu prosesində daim dərinləşib".
Xəyal Ramiz