Qazaxıstanda Pavlador vilayətində mədən işçilərini daşıyan avtobus şaxta yaxınlığındakı dərəyə yuvarlanıb.
Ednews xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Avtobusda 3 xilasedici və bir sürücünün olduğu bildirilib. Operativ qərargah təşkil olunub. Hadisə yerinə cəlb edilən xilasedicilər axtarış-xilasetmə işləri həyata keçirir.
Hadisə şahidlərindən birinin sözlərinə görə, qəza zamanı zəif partlayış səsi eşidilib. Mədəndə çalışan 33 şaxtaçı təxliyə edilib, onların həyatı üçün təhlükə yoxdur.