“The Economist” jurnalının 2023-cü ildə iqtisadi göstəricilərinə görə inkişaf etmiş ölkələrin illik reytinqində Yunanıstan liderlik edib.
Ednews euronews-a istinadən xəbər verir ki, beş göstərici üzrə məlumatları birləşdirən tədqiqatda enerji və ərzaq kimi dəyişən komponentlər istisna olmaqla, 35 ölkənin "əsas" inflyasiyası, ümumi daxili məhsul (ÜDM), məşğulluq və birja performansı araşdırılıb.
Yunanıstan artıq ikinci ildir ki, uğurlu nəticələr əldə edib. 1,2 faizlik ÜDM artım tempi ilə Yunanıstan fond bazarında yüzdə 43,8 real gəlirlə digər ölkələr arasında seçilir.
Xəyal Ramiz