“İsrail yaşadığı böhranı xaricə genişləndirmək istəyir”.
Ednews ərəb mediasına istinadən xəbər verir ki, bu sözləri xaricdə Həmas-ın rəhbəri Xalid Məşal mətbuta verdiyi açıqlamada deyib.
“Qəzzada gedən müharibəni genişləndirmək istəyir, lakin bunun aqibətini düşünmür. İsrail elə bilir ki, HƏMAS-ın liderlərini öldürülmək ilə Fələstin xalqının iradəsini qıracaq , bu “xəyaldan başqa bir şey deyil”. İsrail HƏMAS-ın liderlərini öldürməyə davam etsə belə onları yeni liderlər ilə əvəz edəcək”.
Qeyd edək ki, yanvar ayının 2-si İsrail ordusu livan da Həmas-ın liderlərini görüş zamanı Həmas-ın ofisini atəşə tutub nəticədə Həmas-ın rəhbərinin müavini Salih Al-Aruri öldürülüb.
Loğman Yunis