İndoneziyanın cənub-qərbindəki Papua əyalətinin Soronq şəhərindəki həbsxanadan bazar günü yerli vaxtla saat 11:00 radələrində 53 məhbus qaçıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Sorong Şəhər Polis Baş Komissarı Happy Perdana Yudianto bildirib ki, qaçan 53 məhbusdan yalnız 6-sı tutularaq yenidən həbsxanaya göndərilib.
Polis qaçan məhbusları tutmaq üçün Sorong şəhərinin çıxışında yolları bağlayıb. Yudianto bazar günü verdiyi açıqlamada, "Sorong şəhəri xaricində yolları, limanı və hava limanını bağladıq. Biz qaçan məhbuslar haqqında da məlumat toplayırıq”, deyə bildirib.
Yudianto bəyan edib ki, qaçan məhbuslar ümumi cinayətlərdə və narkotiklə əlaqəli cinayətlərdə mühakimə olunublar.
Kütləvi qaçışdan əvvəl 250 nəfərlik Sorong həbsxanasında 543 məhbus var idi.
Oğuz