Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı üçtərəfli müdafiə əməkdaşlığını artırmaq barədə razılığa gəliblər.
Ednews m.haber.7-ə istinadən xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamaya görə, Ravalpindidəki Baş Qərargah qərargahında 3 ölkənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə ikinci Üçtərəfli Müdafiə Əməkdaşlıq Görüşü keçirilib.
Görüşdə üç ölkə müdafiə sahəsində ortaq ümumi məqsədlərə nail olmaq və özünü təmin etmək üçün intellektual, texniki, maliyyə və insan resurslarını bir-biri ilə birləşdirməyin vacibliyini bir daha təsdiqlədi.
Üç ölkənin hərbi rəsmilərinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasındakı tarixi, qardaşlıq əlaqələrinə toxunduğu görüşdə oxşar xarakterli üçüncü görüşün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsinə qərar verilib.
Bu ölkələr arasında ilk görüş 2023-cü ilin avqustunda Ər-Riyadda keçirilib.
Xəyal Ramiz