Bakıda fransız casusun ifşası ilə bağlı YENİ DETALLAR

Dünya 15:11 11.01.2024

Azərbaycanda iki fransız diplomatın persona-non-grata elan edilməsi və bu ölkədən çıxarılması ilə başlayan səs-küylü “casus qalmaqalı”na dair yeni təfərrüatlar məlum olub. 

Ednews  “report”a istinadən xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” nəşri bildirib. 

Əvvəlcə heç kəs Martin Rayanın saxlanılması və 4 ay müddətinə həbsini Azərbaycan xüsusi xidmət orqanlarının Bakıda fransız casus şəbəkəsinin ifşasına dair açıqlaması ilə əlaqələndirməyib. Üstəlik, Fransanın Xarici İşlər Nazirliyi də bununla bağlı gözləmə mövqeyi tutmuşdu. 
Lakin daha sonra məlum olub ki, artıq ötən il dekabrın 4-dən həbsdə olan M.Rayanın Azərbaycandan çıxarılan bu “diplomatlar”la əlaqəsi olub. 

Nəşrdə o da qeyd olunub ki, Fransa və Böyük Britaniya vətəndaşlığı olan M. Rayan 4 il Bakıda yaşayıb və hətta azərbaycanlı qızla nişanlanıb. O, “Merkorama” adlı kiçik şirkət quraraq ixrac-idxalla, xüsusən şərab ticarəti ilə məşğul olub.

M.Rayan heç bir siyasi fəaliyyətlə məşğul olmayıb: 

“Lakin Fransa xüsusi xidmət orqanlarının nümayəndələri M.Rayanın iradəsinə zidd olaraq onu üçüncü ölkələr haqqında məlumatların toplanması və ötürülməsinə cəlb ediblər. M.Rayan səfirliyin iki əməkdaşı - “Frederik” və “Loran”la isti, hətta mehriban münasibətlər saxlayırdı. Amma onlar 2023-cü ildə Bakını tərk ediblər. “Loran”ı əvəz edən “Andre” onunla görüş istəyib. Görüş zamanı “Andre” M.Rayana siyasi məsələlərlə bağlı həddən artıq çox sual verib”. 

Məqalədə vurğulanıb ki, Martinin səfirliklə əlaqələri ictimaiyyətə açıq olan sadə məlumatların toplanılmasından, xüsusən də İran və Türkiyə ilə bağlı məlumatların toplanılması və ötürülməsinə çevrilib:

“Başqa sözlə, söhbət yalnız passiv deyil, həm də aktiv əməkdaşlıqdan gedir”. 

“Bu qarşılıqlı inamsızlıq mühitində Martin əmin olub ki, səfirliyin nümayəndələri onu təhlükəli oyunlarında sadəcə “piyada” kimi istifadə etməyə çalışırlar”, - məqalə müəllifi əlavə edib. 

Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmət orqanları iki diplomatı, o cümlədən “Andre”ni şahid qismində dindirmək istəyib:

“Lakin bundan imtina edildiyinə görə, onların hər ikisi ölkədən çıxarılıb”. 

“Görünən odur ki, fransız “diplomatlar” Fransa Xarici İşlər Nazirliyindən daha çox Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinə (DGSE) hesabat veriblər... Onların kimliyi açıqlanmayıb. Ola bilsin, Martin Rayan hətta özünün də xəbəri olmadan həmin idarənin “fəxri müxbir”i seçilib, amma o, DGSE agenti olmayıb”, - “L’Opinion” nəşrində qeyd edilib. 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı