Yanvarın 14-də Danimarkanın vəliəhd şahzadəsi Frederik taxt-tacı anası Kraliça II Marqretdən təhvil alır.
Ednews TASS-a istinadən xəbər verir ki, yeni kral Kopenhagendəki Amalienborq qəsrində elan ediləcək, rəsmi tacqoyma mərasimi olmayacaq.
Yeni monarx X Frederik adı ilə krallıq edəcək.