İzmirin Karşıyaka rayonunda küçədən topladığı pişikləri evlərinə apararaq öldürən, daha sonra mənzilin bağçasına atan və polis qrupları tərəfindən saxlanılan qatil məhkəmə tərəfindən həbs edilib.
Ednews ntv-yə istinadən xəbər verir ki, hadisə Karşıyaka rayonunun Lətifə Xanım Məhəlləsindəki yaşayış binasında baş verib. Yaşayış binasının altındakı bağda pişik cəsədləri ilə rastlaşan yerli sakinlər təhlükəsizlik kameralarına baxanda şoka düşüblər.
Görüntülərdə pişikləri döyərək boyunlarından tutaraq evə sürükləyən şəxs K.K. olduğunu görən qonşuları vəziyyəti polis qruplarına xəbər verərək K.K.-dən şikayətçi olublar. Xəbərdarlıq üzərinə ünvana gələn polis qruplarına qapını açmayan K.K., polis qüvvələrinə çətinlik yaradıb.
Prokurorluqdan alınan axtarış qərarı ilə ünvanda axtarış aparmaq istəyən polis qapını çilingər tərəfindən açıb. K.K. polis qrupları tərəfindən nəzarətə alınıb.
Oğuz