Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla kosmosa yollanan ilk türkiyəli astronavt Alper Gezeravcı arasında canlı əlaqə yaradılıb.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.T.Ərdoğan A.Gezeravcıya uğurlar arzulayıb.
Kosmonavt isə öz növbəsində mövcud vəziyyət və həyata keçirilən təcrübələr barədə Ərdoğanı məlumatlandırıb.
Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb.