“Ermənistan Azərbaycana Qarabağda mina əraziləri barədə yeni məlumat təqdim edə bilər”.
Ednews Sputnik Ermənistan-a istinadən xəbər verir ki, Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bunu istisna etmir.
“Ərazilərin mümkün minalanması barədə yeni məlumatların əldə olunması üzrə iş aparılır”, - deyə nazir bildirib.