Çinin cənub-qərbində yerləşən Yunnan əyalətində güclü zəlzələ sonrası baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Ednews TASS-a istinadən xəbər verir ki, dağıntılar altında 10-dan artıq insanın olduğu bildirilir.
Qeyd edilib ki, Çin prezidenti Si Cinpinin əmrinə əsasən, axtarış-xilasetmə əməliyyatında mindən çox insan, 80-ə yaxın xilasedici it, 150 texnika - ekskavatorlar, buldozerlər və yük maşınları iştirak edir.