Türkiyədə “C-160” hərbi təyyarəsi təcili eniş etməli olub.
Ednews xəbər verirki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Kayseridən təlim məqsədilə havaya qalxan təyyarə zədələnib. Belə ki, təyyarənin texniki nasazlıq səbəbindən təcili eniş etdiyi qeyd olunub.
Xoşbəxtlikdən ekipaj üzvlərindən xəsarət alan olmayıb.