Ukraynada müharibə səbəbindən 10 milyona yaxın ukraynalı evlərini tərk etmək məcburiyyətində qalıb.
Ednews “RBK”ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi məlumat verib.
Onlardan təxminən 6,3 milyonu xaricə gedib, daha 3,7 milyonu Ukraynanın başqa bölgəsinə köçüb. Ukraynalı qaçqınların 47 faizi qadınlar, 33 faizi isə uşaqlardır.
Qrandi əlavə edib ki, təşkilatın Qaçqınlarla iş üzrə agentliyi 27,5 mindən çox evin bərpasına kömək edib.