Böyük Britaniya krallığı Fələstini suveren dövlət kimi tanımağa hazırlaşır.
Ednews "BBC"ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Devid Kemeron bildirib.
KİV-in məlumatına görə, Kemeron Mühafizəkarların Yaxın Şərq Şurasının iclasında qeyd edib ki, fələstinlilərə Yaxın Şərqdə sülhə doğru irəliləmək üçün siyasi perspektiv lazımdır. O əlavə edib ki, Böyük Britaniya Fələstin dövlətinin necə görünəcəyini müəyyən etmək üçün məsuliyyət daşımalıdır.
Bundan əlavə, dövlət katibi vurğulayıb ki, London və onun müttəfiqləri öz səylərini Fələstin dövlətinin beynəlxalq ictimaiyyətdə və müvafiq təşkilatlarda, o cümlədən BMT-də tanınması məsələsinin həllinə yönəldəcəklər.
Əkbər