Kanada polisi Edmonton yaxınlığındakı kurortdan təxminən 225 kiloqram ağırlığında donmuş ağ ayının oğurlanmasını araşdırır.
Ednews xarici mediaya istinadən xəbər verir ki, təxminən 3,6 metr hündürlüyündə olan ayının yanvarın əvvəllərində, temperaturun mənfi 30 dərəcəyə yaxın olduğu soyuqlar zamanı qaçırıldığı güman edilir.
Polisin məlumatına görə, ayının oğurlanması barədə yanvarın 22-də otelin operatorları məlumat veriblər.
İctimaiyyətdən nəhəng oyuncaq ayıya diqqət yetirmələri istənilib.
Obyekt Edmontondan təxminən 50 kilometr şimalda, Sturgeon County-də yerləşir.
Oğuz