Oljas Bektenov Qazaxıstanın yeni Baş naziri təyin edilib.
Ednews xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amanat Partiyasının təklifi ilə baş nazir vəzifəsinə Oljas Bektenovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.
*** 10:52
Xəbər verdiyimiz kimi, dünən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Əlixan Smailovun rəhbərlik etdiyi Qazaxıstan hökumətini istefaya göndərib.
Ednews Orda.kz saytına istinadən xəbər verir ki, AMANAT partiyası bu gün keçirilən fraksiya iclasında Prezident Administrasiyasının rəhbəri Oljas Bektenovu baş nazir postuna təklif edib.
Müəyyən edilmiş prosedura görə, onu indi prezident və Məclisin deputatları təsdiq etməlidir.
Qeyd edək ki, Oljas Bektenov 2023-cü ilin aprelindən Prezident Administrasiyasına rəhbərlik edir. 2016-cı ildən Korrupsiyaya Qarşı Mübarizə Xidmətində işləyib. O, Kantara hadisələrindən bir ay sonra quruma rəhbərlik edib.