Rusiyanın post-SSRİ dövrünün ən mühüm innovativ və kommersiya uğur hekayələrindən biri hesab edilən Yandex-d' tənəzzül müşahidə olunur. Şirkətin qurucusu Arkadiy Voloj Ukraynadakı hərbi əməliyyatı tənqid edərək ölkəni tərk etdikdən və 2022-ci ilin dekabrında şirkətdən ayrıldığını elan etdikdən sonra şirkətdə davam edən bölmə addımları tamamlandı.
Ednews turkrus.com-a istinadən xəbər verir ki, Hollandiyada yerləşən Yandex NV Rusiyadakı Yandex aktivlərini ayrıca yerli konsorsiuma satmaq üçün müqavilə imzaladığını açıqladı. Sövdələşmənin qiymətinin 475 milyard rubl (5,2 milyard dollar) olduğu açıqlanıb.
Rusiya aktivlərini satın alan konsorsiuma Rusiyanın ən böyük özəl neft şirkəti Lukoil, Aleksandr Çaçava məxsus LETA Capital və iş adamı Aleksandr Ryazanov daxildir.
Fəaliyyətini xaricdə davam etdirəcək Yandex NV iyulun 31-dək “Yandex” brendindən istifadə edəcək, daha sonra isə yeni brendlə fəaliyyətini davam etdirəcək.
Artem Savinovski Yandex-in Rusiyadakı baş direktoru olaraq qalacaq.
Satış xəbərindən sonra Moskva birjasında Yandex-in səhmləri dəyərinin 9 faizindən çoxunu itirib.
Rusiya Yandex şirkəti xarici müəssisələr (Nebius, Toloka, Avride və TripleTen) və Finlandiyadakı məlumat mərkəzi istisna olmaqla, Yandex NV qrupunun bizneslərini, xidmətlərini və aktivlərini özündə saxlayacaq.
Xəyal Ramiz